Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / İnflyasiyanın qarşısını almaq mümkün olacaqmı? – Sabit Bağırov

İnflyasiyanın qarşısını almaq mümkün olacaqmı? – Sabit Bağırov

“Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasəti davam etdirəcək”.

Bunu Milli Məclisin növbəti plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: “Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq.

Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsinə baxılacaq. Ciddi fiskal və monetar intizam, onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq..”.(APA)

2016-cı ildə Azərbaycanda inflyasiya 10 -12% səviyyəsində proqnozlaşdırılır. Bunu maliyyə naziri Samir Şərifov bildirdi. Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub: “Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəində gözlənilir”.

2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb. Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.(Milli.Az)

Bu məsələ ilə bağlı açıqlama verən iqtisadçı Sabit Bağırovun sözlərinə görə çətin olacaq: “Çox çətindir… Sözün düzü düşünmürəm, belə asan olsun. Tədbirlər görülür. Dövriyyədə manat kütləsi azaldılır. Bununla yanaşı,idxalatın həcmi azaldılıb. Tədbirlər görülür ki, dövlət qurumlarının xaricdən idxalı azaldılsın. Eyni zamanda müəyyən məhdudiyyətlər ona gətirib çıxardır ki, özəl şirkətlərin və adi vətənlaşdarın da xaricə pul köçürmələri artıq azaldılır. Yəni, getdikcə, idxal ixraca yaxınlaşır. İdxalın ixraca yaxınlaşması, yəni idxalın ixracı üstələməməsi bizim balansımızda elə bir şərait yarada bilər ki, bizdə valyutaya ehtiyac azaldılsın və bu da öz zamanında infliyasiyanın azaldılmasına müsbət təsir göstərəcək.

Bu proseslər kifayət qədər mürəkkəbdir, necə olacaq zaman göstərər”, – deyə S.Bağırov qeyd etdi. Qeyd edək ki, cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub. 8 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır. (Qafqaznews.az)

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın