Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / İndi 2 manatdır, martda 5-6 manat olacaq

İndi 2 manatdır, martda 5-6 manat olacaq

Lənkəranın sitrus meyvə bağlarında kinkan meyvəsinin yığımına başlanılıb.
İnsan orqanizm üçün faydası çox olan bu bitkinin vətəni cənub-şərqi Çin və Hindçin olsa da, ölkəmizin cənub bölgəsində də yetişdirilir.
Kinkan sitrus meyvələri arasında ən xırda ölçüyə malikdir. Soyuqdəymənin və öskürəyin qənimi olan kinkan meyvəsindən qan təzyiqi yüksək olan insanlar daha çox istifadə edirlər.
Kiçik meyvənin böyük faydalarından biri də odur ki, kinkan orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Mütəxəssislər kinkan meyvəsini qabıqla bir yerdə istifadə etməyi məsləhət görürlər. Lənkəranın bazarlarında kinkan meyvəsinin bir kiloqramı 2 manata satılır.
Fermer Şıxəli Kazımov bildirib ki, kinkanın qiyməti yeni il üçün qalxacaq, martda isə bir kiloqramının 4,5-6 manat olması ehtimalı var.
Kinkan bitkisi 3 dəfə çiçək açdığı üçün onun yığımı noyabrın sonlarından iyul ayına qədər davam edir. Digər sitrus meyvələrindən kinkanın üstün cəhəti ondadır ki, onu istənilən vaxt ağacdan dərib yemək mümkündür.
Mərhələlərlə yetişən kinkanın məhsuldarlığı bu il yaxşıdır. Böyük ağaclar 60-70 kiloqram bar verib.
Yüksək qulluq tələb etməyən və xəstəliyə davamlı olan bu bitki digər sitrus bitkilərindən daha tez – üçüncü ildən məhsul verməyə başlayır. (Azərtac)

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın