Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İmişlidə 3 uşaq anası intihar edib

İmişlidə 3 uşaq anası intihar edib

İmişli rayonunda 3 uşaq anası intihar edib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib.

26 yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil, onun 3 uşaq anası olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …