Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Kriminal / İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız: “Dedi ki, heç kimə demə” – Video

İmişlidə zorlandıqdan sonra hamilə qalan 11 yaşlı qız: “Dedi ki, heç kimə demə” – Video

İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.

Mövzu ilə bağlı ARB süjet hazırlayıb.

Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını çatdırdığını deyib: “Dedi ki, heç kimə demə”.

Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.

Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.

Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.

Həmçinin oxuyun

Ramiz Mehdiyev və Hacıbala Abutalıbov da dindirilsin – MƏHKƏMƏ

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam …