Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / İmişlidə 7 nəfəri vuran sürücü sərxoş olub – Təfərrüat

İmişlidə 7 nəfəri vuran sürücü sərxoş olub – Təfərrüat

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında İmişlidə ağır qəza olub.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu “VAZ 2107” markalı avtomobillə H.Əliyev prospektində 7 gənci vurub.

Hadisə nəticəsində 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu yerindəcək keçinib.

Digər 6 nəfər – 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar – 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda işi adamına daha bir cinayət işi açıldı

“Avro Qrand” şirkətinin sahibi Xanlar Cəfərov barəsində daha bir işi başlanıb. X. Cəfərov külli miqdarda …