Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İlqar Məmmədovun Moskvadakı evi qarət edildi

İlqar Məmmədovun Moskvadakı evi qarət edildi

Rusiyanın Moskva vilayətinin Novoqorsk şəhərində adlı-sanlı azərbaycanlı idmançı, Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, idmançıya 200 min rubldan çox zərər dəyib.

Oğrular plastik pəncərəni sıxma yolu ilə evə daxil olublar və evdən zərgərlik məmulatlarını, altı qadın qol saatını aparıblar. Fakt üzrə cinayət işinə başlanıb.

Xatırladaq ki, İlqar Məmmədov ikiqat olimpiya çempionu və dünya çempionudur.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …