Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İlqar Məmmədov iki vəkilindən imtina etdi

İlqar Məmmədov iki vəkilindən imtina etdi

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov iki vəkilindən imtina edib.

Bu barədə “Report”a vəkil Fuad Ağayev məlumat verib.

O, İlqar Məmmədovla görüşdüyünü bildirib: “O, görüş zamanı digər vəkillərindən imtina etdiyini dedi. Bundan sonra İlqar Məmmədovun hüquqlarını yalnız mən müdafiə edəcəyəm”.

Xatırladaq ki, daha əvvəl İ.Məmmədovun vəkilləri Cavad Cavadovla Şəhla Hümbətova olub.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …