Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “İlkinin əmisi oğlu bu cinayəti bilibsə…”

“İlkinin əmisi oğlu bu cinayəti bilibsə…”

2020-ci il, yanvar ayının 6-sı. Tovuz rayonunun Döndər-Quşçu kəndi. 45 gündür itkin düşmüş, axtarılan, 10 yaşlı qız uşağı Nərminin meyitinin yandırılması və meyitinin aşkar edilməsinə hələ (saat 19.30) təxminən 2 saata yarım vaxt qalıb.

Bu zaman, saat 17.00-da qətlə yetirilən uşağın ailəsi Quliyevlər yaşayan evə Tovuz rayon Polis Şöbəsinin əməkdaşı, yəni, həmkəndliləri gəlir… Murad Süleymanov, Nərminin oğurlanması və qətlində sonra təqsirləndirilib həbs edilən İlkin Süleymanovun əmisi oğlu həm yaxın qonşusu.

Həyətdən səsləyir. Səsə Nərminin anası Aynurə İsmayılova çıxır. Həmin zaman Nərminin atası Şərif Quliyev, bacıları Şəbnəm və Şəhanə evdə olublar. Və Şərif isə, həmin zaman yatmış olub.

Murad Süleymanov Nərminin anası Aynurədən hal-əhval tutur, Nərminin barəsində maraqlanır o isə, hələ də Nərmindən bir xəbər, məlumatın olmadığını bildirir. Murad o an əlini cibinə salır, “birdən ehtiyacınız olar” deyərək, Aynurəyə pul vermək istəyir. Aynurə ehtiyac olmadığını deyib təklifdən imtina edir. Ona cavab olaraq, Murad Süleymanov, nə vaxt pula ehtiyacları olsa bunu ona bildirmələrini bildirərək, oradan çıxıb gedir.

Aynurə İsmayılova, əri Şərif yuxudan oyananda həmkəndliləri, polis əməkdaşı Muradın gəlişini, onun Nərmin haqqında maraqlandığını və eyni zamanda ona pul vermək istəməsini, lakin pulu götürmədiyini bildirir. Bunu eşidəndə Nərminin atası Şərif Quliyev təəccüblənir. Muradın məhz, həmin gün, 6 yanvar 2020-ci il tarixdə, saat 14. 00 radələrində Döndər-Quşçu kənd yolundakı döngədə maşın gözlədiyi anda ona yaxınlaşıb maşınına götürdüyünü, yolu birlikdə gəldikləri zaman ona da pul təklif etdiyini onun o da pul götürmədiyini bildirir.

Muradın onlara birdən-birə, eyni gün pul təklif etmə cəhdləri ailəni xeyli təəccübləndirir, çünki Murad Süleymanov Nərmin itən 06 yanvaradək  onlara hər hansı maddi yardım etməmiş, bunu təklif də etməmişdi. Və hətta Nərmin itirən, yoxa çıxandan təxminən 15 gün əvvəl, anası Aynurə işlədiyi “Çinar” restoranında Muradı görür, ona maddi imkanları zəif olduğu səbəbindən, borc pulla bağlı müraciət edir, Murad isə imtina edir.

Belə halda isə…

Buradan bəzi suallar yaranır. Nə imiş bu Murad Süleymanovu Nərminin meyitinin, qətlinin üzə çıxmasından az öncə həmin gün onun ailəsinə bir neçə dəfə və yerdə təkidli pul təklifləri?! Bu, İlkinin əmisi oğlunun cinayəti bilib gizlətmə və zərərçəkən ailənin də şübhələri və şikayətlərini Süleymanovlardan yayındırma cəhdi olmazmi? İlkinin əmisi oğlu bu cinayəti bilibsə, daxili ailə üzvləri bunu son gündə də olsa bilməyiblərmi?

Murad Süleymanov, bu qədər qətiyyətlə, təmiz vicdanlı kimi öz əmisi oğlu İlkin Süleymanovun haqlarını müdafiə etiyi halda, nədəndir ki, polis orqanlarından xaric olunma ilə bağlı öz haqqını müdafiə etmir, şikayət verməyib məhkəmələrə? Nədən nə korlamaqdan çəkinir? Suallar çoxdur.

10 yaşlı qız uşağı Nərminin oğurlanması, cinsi (müxtəlif vasitələrlə də olsa!) təcavüzə məruz qalması, uzun müddət amansızlıqla dözülməz işgəncəli şəraitdə saxlanması və amansızlıqla öldürülərık yandırılması mənəvi-emosional və ictimai sarsıntılı rezonans doğuran cinayətdir. Bunun üstünü hay küylə, pul xərcləyib vəkillər, jurnalistlər tutmaqla ört-basdır etmək olmaz…

P. S.

Hər halda, məhkəmə prosesi gedir, istintaq da görsənir, az iş aparmayıb faktlı-sübutlu. Görək.

İlqar Altay

Kriminalist

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …