Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.
Növbəti məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb.
Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəmişdi.
