Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / İlin birinci yarısında 141 uşaq məhkum olunub

İlin birinci yarısında 141 uşaq məhkum olunub

2018-ci ilin birinci yarısında məhkum olunan uşaqların 141 nəfəri 14-17 yaş arasındadır. Onlardan 4-ü qızdır. 

Dövlət Statistika Komitəsindən sorğusuna cavab olaraq bildirilib ki, 14-15 yaşda 22 nəfər, 16-17 yaşda isə 119 nəfər məhkum olunub.

“Məhkum olunan uşaqlardan 119 nəfəri hər iki valideyni olan ailədə, 21 nəfəri bir valideyni olan ailədə, bir nəfər isə ailədən kənarda (internatda, uşaq evində və s.) tərbiyə alıb. Uşaqlardan 51 nəfəri şagird və tələbələr, 72 nəfəri işləməyənlər və oxumayanlar, 18 nəfəri isə işləyənlərdir”.

Qeyd olunub ki, uşaqlardan 22 nəfəri 5 ilə qədər, 15 nəfəri 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilib. 4 nəfər ictimai işlər, 9 nəfər islah işləri üzrə cəzalandırılıb, 26 nəfərə cərimə tətbiq olunub, 54 nəfər şərti məhkum olunub. 11 nəfərin azadlığı məhdudlaşdırılıb.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …