Ana səhifə / Kriminal / İlham Əliyev Şirvan Şəhər İcra Hakimiyyətinə 1,2 milyon manat ayırdı

İlham Əliyev Şirvan Şəhər İcra Hakimiyyətinə 1,2 milyon manat ayırdı

Prezident İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, o cümlədən çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülüb.

Sərəncam bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq, şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə imzalanıb.

Sənədə əsasən, Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400 min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800 min manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın