Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İlham Əliyev Azərbaycanı ərəb və Qərb kapitallarının investisiya rəqabəti meydanına çevirə bilər

İlham Əliyev Azərbaycanı ərəb və Qərb kapitallarının investisiya rəqabəti meydanına çevirə bilər

Azərbaycan dövləti ölkəyə investisiya qoyuluşu ilə bağlı ciddi niyyətini ortaya qoyub. Son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da bu notlara ciddi eyham vurulur. Azərbaycanın əlverişli partnyor olması ölkəyə sərmayə qoymaq istəyənlərdə böyük maraq yaradır.
Təbiidir ki, ölkəmiz bütün istiqamətlərdən gələcək sərmayəyə yer verməyə hazırdır. Son vaxtlar xüsusilə də ərəb sərmayədarlarının Azərbaycana investisiya qoymaq maraqları aydın nəzərə çarpır. Bu günlərdə ölkə başçısının Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfər zamanı da həmin aspektlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycana ərəb sərmayəsinin cəlbi və maraq göstərməsi ilə bağlı yaranacaq aktivləşmə Qərb sərmayəsinin də rəqabət prinsipi çərçivəsində ölkəmizə marağının artmasına səbəb ola bilərmi?
İqtisadçı Günel Fərhadqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, İpək Yolu ticarət xəttinin üstündə olması, təbii ehtiyatlarının zənginliyi hər zaman digər ölkələr üçün bizi cəlbedici edir: “Tarixə nəzər salsaq görərik ki, ardıcıl olaraq əsarət altında olmağımızın arxasında digər ölkələrin iqtisadi, sosial, siyasi maraqları dayanıb. Ölkəyə maraq artdıqca, ölkə iqtisadiyyatına potensial və cari sərmayə maraqları da artır. Qərb sərmayəsi artıq ölkəmizdə mövcuddur. Müxtəlif dövlət, qeyri-dövlət layihələrində, maliyyə qurumlarında Qərb sərmayəsi var. Bir tərəfdən ucuz başa gələn Qərb sərmayəsi digər tərəfdən Qərbdən asılılıq yaradır. Sərmayə bazarında təbii inhisar kimi dövlət və Qərb sərmayəsi nəzərə çarpır. Burada isə inhisarın rolu azalsa yaxşıdır. Mənbəyi bəlli və qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin, ofşor zonalar olmayan ölkələrdən də sərmayənin cəlb edilməsi gündəmdə olmalıdır ki, sərmayə bazarında rəqabət olsun. Tərəfdaşlıq etdiyimiz istər Şərq, istər Qərb ölkələrindən sərmayədarlığı, eləcə də daxili sərmayədarlığı inkişaf etdirmək və sağlam, təkmil rəqabət mühiti yaratmaq lazımdır. İslam sərmayəsi maliyyə institutu mədəniyyət və iqtisadiyyat, cəmiyyət baxımdan bizə daha yaxındır. Fərqli cəhətlərimiz kimi, oxşar cəhətlərimiz də var. İslam sərmayəsi həm də risqlər baxımından daha önəmlidir. Ərəb sərmayəsində tam tərəfdaşlıq var, həm itkiyə, ziyana, həm gəlirə və qazanca… Əfsuslar olsun ki, ölkəmizdə islam maliyyəsi institutlarının sayı azdır və bu sahədə həm qanunvericilik baxımından, həm də təcrübə baxımından hələ çox işlər görülməlidir. Şərq sərmayəsinin ölkəyə daxil olması həm sərmayə bazarını inkişaf etdirəcək, həm də sərmayə bazarına yanaşmanı daha da ciddi edəcək, sağlam rəqabətin formalaşmasına səbəb olacaq.
Eləcə də qarşılıqlı əməkdaşlıq münasibətləri, ixrac-idxal əməliyyatları, tədiyyə balansında Şərq ölkələrinin payının artmasına gətirib çıxaracaq. Pulun ərəblərdə çox olmasını nəzərə alsaq, ərəb sərmayəsinin cəlb edilməsini ölkənin iqtisadiyyatı və sərmayə sahəsi üçün önəmli addım hesab edirəm. Bu addım həm də Qərb sərmayəsinin ölkədəki payının saxlanması cəhdləri, Qərb sərmayəsindən asılılığın azaldılması, təbii inhisarçılıqdan çıxması, Qərb maraqlarının Şərq maraqları ilə rəqabətə girməsi ilə nəticələnə bilər. Bu rəqabət və “sərmayə savaşı”ndan uğurlu çıxan tərəf isə ölkəmiz ola bilər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın