Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Kriminal / İlham Əliyev dünya böhranının əsl siyasi kökünü dəqiq göstərdi

İlham Əliyev dünya böhranının əsl siyasi kökünü dəqiq göstərdi

“Hansısa ölkədə siyasi proseslərə təsir etmək üçün orada böhran yaradıb xalqı ayağa qaldırmaq daha əlverişlidir”
Qulu İbrahimov: “Bəzən iqtisadi kataklizmlər siyasi iddiaların reallaşması istəyindən baş verir”
Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə çıxış edərək bildirib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm Asiyada iqtisadi tənəzzül müşahidə olunur.
Dövlət başçısı qeyd edib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var: “Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Əlbəttə ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəbləri araşdırılacaq. Ancaq indi təhlil aparmaq üçün kifayət qədər informasiya var və biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır”.
Prezident iqtisadi böhranı doğuran səbəbləri iki amil üzrə təsnifatlandırıb. Bunların sırasına sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqları aid edilib. Bu fikirləri daha geniş anlamda necə xarakterizə etmək olar?
İqtisadçı Qulu İbrahimov hesab edir ki, Prezidentin son çıxışı əsasən iqtisadi yüklü idi: “Həmin məzmunlu çıxışda bizə bir çox məsələlər aydın oldu. Bir daha gördük ki, hazırkı hakimiyyət, başda Prezident olmaqla, dünyada gedən iqtisadi proseslərin ölkəmizə təsiri ətrafında ciddi təhlillər aparır. Əslində dünyada gedən iqtisadi böhran indi başlamayıb. Sadəcə, son bir neçə il ərzində ölkələri bürüyən həmin böhranın Azərbaycana təsiri minimuma endirilirdi. Uzun sürən bu prosesdə elə amillər var ki, orda mütləq hansısa manevrləri etməlisən. Məsələn, dünya bazarında neftin birdən-birə kəskin ucuzlaşması bizə təsirsiz ötüşməyə bilməzdi. Hazırda Prezidentin də çıxışından hiss etdik ki, böhrandan maksimum dərəcədə yan keçmək üçün bütün tədbirlər görülür. Təbiidir ki, böhranı doğuracaq iqtisadi səbəblərlə yanaşı, siyasi səbəblər də mövcuddur. Prezidentin qeyd etdiyi iki amil bu istiqamətdə daha vacib faktorlardan hesab olunur. Bəzən hansısa ölkənin böhrana yuvarlanmasında xüsusilə maraqlı olan dövlətlər və ya maraqlı dairələr olur. İndi elə bir dövrdür ki, ölkələrin silahlı işğalına lüzum görülmür. Məsələn, hansısa ölkədə siyasi proseslərə təsir etmək üçün orada böhran yaradıb xalqı ayağa qaldırmaq daha əlverişlidir. Deməli, Prezidentimizin də doğru olaraq qeyd etdiyi kimi, bəzən iqtisadi kataklizmlər siyasi iddiaların reallaşması istəyindən baş verir”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

13 yaşlı oğlan anasına mesaj yazanı bıçaqladı – Azərbaycanda

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü …

Bir cavab yazın