Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / İlham Əliyev: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”

İlham Əliyev: “Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək”

Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Azərbaycanda 2016-cı ildə baş tutacaq islahatlarla bağlı qısa mesajlar paylaşılıb.
Ölkə başçısı bildirib ki, 2016-cı il Azərbaycanda çox ciddi iqtisadi islahatlar ili olacaqdır.
Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı şəffaflıq meyarına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməməlidir” deyə yazıb.
Dövlət başçısı Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəyini də qeyd edib.
İ.Əliyev: “Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə investisiya yatıran və rəqabətqabiliyyətli məhsullar buraxan şirkətlərə güzəştlər tətbiq ediləcək” deyə vurğulayıb.
Prezident Azərbaycanda qeyri-neft sənayesi sürətlə inkişaf etdiyini, texnoparklar, sənaye klasterləri, ölkənin hər bir rayonunda sənaye zonaları yaradıldığını bildirib.
İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifədir və Azərbaycan əsas ərzaq məhsulları ilə özünü təmin edəcəkdir.
“İslahatlar, şəffaflıq, dinamik inkişaf Azərbaycanda dayanıqlı tərəqqini təmin edəcək”. Musavat.com

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın