Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İki uşaq anası bıçaqla özünə xəsarət yetirib

İki uşaq anası bıçaqla özünə xəsarət yetirib

Yanvarın 27-i axşam saat 19:30 radələrində Oğuz rayonu Calut kənd sakini 1993-cü il təvəllüdlü Xəyalə Həbiz qızı İsmayılova qarnının ön səthinin kəsilmiş-cırılmış yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı iki uşaq anası olan Xəyalə İsmayılovanın ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirməsi məlum olub.

X. İsmayılovanın xəsarəti yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …