Ana səhifə / Kriminal / İki uşaq 2-ci mərtəbədən, biri isə 13-cü mərtəbədən yıxıldı – Valideyn diqqətsizliyi…

İki uşaq 2-ci mərtəbədən, biri isə 13-cü mərtəbədən yıxıldı – Valideyn diqqətsizliyi…

Moderator.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində baş verib. Belə ki, evdə tək olan 3 yaşlı uşaq binanın 2-ci mərtəbəsindən düşərək ağır yaralanıb. Azyaşlı ətrafdaklar tərəfindən dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir.
Daha bir oxşar hadisə isə Moskvanın Puşkin küçəsində baş verib. Bir yaş yarımlıq uşaq pəncərədə oynayarkən qəfil yıxılıb və 2-ci mərtəbədən yerə düşüb. Xəstəxanaya çatdırılan körpəyə ağır kəllə-beyin travması diaqnozu qoyulub. 
Qeyd edək ki, aprelin 11-də isə iki yaşlı qız uşağı da 13-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib. Həmin vaxt uşağın anası qonşu otaqda olub. 

Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …