Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / II kurs tələbəsi qəzada öldü – Foto

II kurs tələbəsi qəzada öldü – Foto

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol qəzasında vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində baş verib. 

Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəyib. 

Nəticədə A.Musayev hadisə yerində ölüb.

Mərhum Anar Musayev sözügedən universitetin İnşaat fakültəsinin II kurs tələbəsi olub. 

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Vəfat edən tələbənin fotosunu Azərbaycan Universitetləri səhifəsi paylaşıb:

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …