Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İdxalın həcmi 34 faiz azalıb – Naxçıvan haqda statistika

İdxalın həcmi 34 faiz azalıb – Naxçıvan haqda statistika

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti Naxçıvanla bağlı statistic məlumatları açıqlayıb.
Moderator.az xəbər verir ki, statistik məlumata görə, muxtar respublikada 2016-cı ilin yanvarfevral aylarında 316 milyon 881 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunubdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 712,4 manata çatıb.
2016-cı ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8 milyon 565 min manata yaxın olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 7 milyon 102 min manat olmaqla bir il öncəki göstəricini 1,8 faiz üstələyib.
Qeyd olunan dövrdə 13 milyon 307 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,7 faiz üstələyib. Bu dövr ərzində muxtar respublikada diri çəkidə 3,3 min ton ət, 4,8 min ton süd istehsal edilib, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,3 faiz artıb.
2016-cı ilin yanvar-fevral aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 239 milyon 345 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,3 faiz yüksələrək 538,1 manat təşkil edib.
Yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 399,7 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb.
Yanvar-fevral aylarında muxtar respublikada 39801,8 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 0,4 faiz artaraq 36300,8 min dollar, idxalın həcmi isə 34,3 faiz azalaraq 3501 min dollar həcmində olub. Xarici ticarət üzrə 33 milyon dollara yaxın həcmdə müsbət saldo yaranıb.
Bu müddətdə muxtar respublikaya 41 min 825 nəfər turist gəlib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz və ya 1349 nəfər çoxdur.
1 fevral 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4665 nəfər və ya 1,1 faiz artaraq 444 min 766 nəfər təşkil edib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın