Ana səhifə / Kriminal / İdxal olunan qızıl, almaz və xəz-dəri məmulatlarına görə vergilər artırılacaq

İdxal olunan qızıl, almaz və xəz-dəri məmulatlarına görə vergilər artırılacaq

2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara və xəz-dəri məmulatlarına görə aksiz dərəcələri artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.

Beləliklə, gələn ildən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, eləcə də xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq ediliəcək:

– idxal olunan platinin hər qramına görə – 4 manat (bundan əvvəl 2 manat);

– idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

– qızılın min çəki vahidindəki miqdarı 375 olduqda, hər qramına görə – 1,5 manat (bundan əvvəl 0,8 manat);

– qızılın min çəki vahidindəki miqdarı 500 olduqda, hər qramına görə – 2 manat (bundan əvvəl 1,0 manat);

– qızılın min çəki vahidindəki miqdarı 585 olduqda, hər qramına görə – 2,4 manat (bundan əvvəl 1,2 manat);

– qızılın min çəki vahidindəki miqdarı 750 olduqda, hər qramına görə – 3 manat (bundan əvvəl 1,5 manat);

– qızılın min çəki vahidindəki miqdarı 958 olduqda, hər qramına görə – 5 manat (bundan əvvəl 1,8 manat);

– qızılın min çəki vahidindəki miqdarı 999 olduqda, hər qramına görə – 6 manat (bundan əvvəl 2 manat);

– idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

– almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

– almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

– 1 karatdan 2 karatadək olduqda – 2;

– 2 karatdan 3 karatadək olduqda – 3;

– 3 karatdan 4 karatadək olduqda – 4;

– 4 karatdan 5 karatadək olduqda – 5;

– 5 karatdan yuxarı olduqda – 10.

– idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın