Bazar , Noyabr 28 2021
Ana səhifə / Kriminal / “İdrak Liseyi”ndə dava olub, xəsarət alan var

“İdrak Liseyi”ndə dava olub, xəsarət alan var

“İdrak Liseyi”nin IX sinif şagirdi döyülüb. 

ONA-nın məlumatına görə, hadisə təhsil müəssisəsinin dəhlizində qeydə alınıb. Orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihatın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Liseydən ONA-ya təhsil müəssisəsində kütləvi davanın baş vermədiyi, sadəcə şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Mehrac Babayevin qalmaqallı xəstəxana tikintisi: məmur rüşvətə görə həbs olundu

Rusiyanın Nijnevartovsk şəhərində “Əsaslı Tikinti İdarəsi” dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə …