Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İdarə etdiyi avtomobili saxlatdırıb…” -Vəzifəli şəxsi sifarişlə döyənlərin cinayət işi

İdarə etdiyi avtomobili saxlatdırıb…” -Vəzifəli şəxsi sifarişlə döyənlərin cinayət işi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı və onunla birlikdə həbs edilən şəxslərin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Əliyev, Mirafiq Bəşirov, Nurlan Bəşirov, Namiq Alagözov, Bəhruz Əhmədov, Zaur Cəlilov və Fariz Daşdəmirovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətlər veriblər.

Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili isə müdafiə etdikləri şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini bildirib. Məhkəmənin baxış iclası martın 3-nə təyin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanıb və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi nazirliyin, adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib.

O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.

Vüsal Əliyev barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan, Cinayət Məcəlləsinin quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib.

Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşısının alınmasının vacib olduğunu deyib.

Nurlan Bəşirov itanışları ilə bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar. Onlar sifariş olunan şəxsə məxsus zəruri məlumatları cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə ediblər və zərərçəkənin yaşadığı evin yaxınlığında onun idarə etdiyi avtomobili saxlatdırıb, şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılıb, onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Həbs edilən şəxslərə qarşı narkotik ittihamı da irəli sürülüb. Musavat.com

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …