Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / İcra nümayəndəsi: “280 manat cərimə çekini görəndə…” – “Azərişıq” 3 uşaq anasının intiharına səbəb olub

İcra nümayəndəsi: “280 manat cərimə çekini görəndə…” – “Azərişıq” 3 uşaq anasının intiharına səbəb olub

Ağsu rayonunda 3 uşaq anasının intihar faktı ilə bağlı bəzi məqamlar məlum olub.
İlxıçı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Səbirə Kərimovanın səhhətində heç bir problem olmayıb:
“Səbirə ailəlidir, üç uşaq anasıdır. İki oğlu, bir qızı var. Kasıb dolanırdılar. Həyat yoldaşı fəhlədir, ordan-burdan pul qazanırdı ki, təki uşaqları ehtiyac içində olmasınlar. Özü də qabiliyyətli, sakit bir oğlandı, kiməsə pisliyi dəyməyib. Evinin sözünü heç vaxt kiməsə deməzdi. Səbirə xəstə olmayıb, sağlam bir qadın olub. Onun özünə niyə qəsd etməsi hamısa sual yaradıb. İntihar etdiyi vaxt evdə heç kəs olmayıb. Uşaqlarının biri Bakıda, biri məktəbdə olub. Balaca qızı da qonşuda dərs hazırlayırmış. Həyat yoldaşı isə örüşə mal-qara aparıbmış. Balaca qız qonşudan evə keçəndə anasını tapmayıb. Axtaranda onu ipdən asılı vəziyyətdə görüb”.
İlxıçı kənd icra nümayəndəsi Azad İskəndərov AzNews.az-a açıqlamasında bildirib ki, Səbirə Kərimovanın ölümünə səbəb “Azərişıq”dan gələn 280 manatlıq çərimə çeki olub:
“Onlar çox imkansızdırlar. Bir oğlu tələbədir. Özü də bizə Füzuli rayonundan gəlin köçüb. Onlara “Azərişıq”dan 280 manat çərimə gəlib. Sayğacları işləməyib. Həyətə girən işıq dirəyi köhnə olub, o da aşıb. İdarənin əməkdaşları da buna baxış keçirib çərimə yazıblar. Səbirə də həmin cərimə çekini görəndə əsəbləşib”.
Qeyd edək ki, Ağsu rayonunda intihar hadisəsi baş verib. Rayonun İlxıçı kənd sakini 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

 

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …