Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İcra hakimiyyətindən bir ailəni məhv edən partlayışla bağlı AÇIQLAMA

İcra hakimiyyətindən bir ailəni məhv edən partlayışla bağlı AÇIQLAMA

Yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yasamal Rayon İcra HakimiyyətindənUnikal.org-a verilən məlumata görə həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub:

“Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub”.

İcra Hakimiyyətindən araşdırmaların davam etdirildiyi bildirilib.

Qeyd edək ki, hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …