Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / İcra hakimiyyətinin yük avtomobili ilə adam öldürən sürücünün məhkəməsi başlayır

İcra hakimiyyətinin yük avtomobili ilə adam öldürən sürücünün məhkəməsi başlayır

Binəqədi rayon İcra Hakimiyyətə məxsus yük avtomobili ilə piyadanı vuraraq öldürən Bəhram Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 21-də paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi “KamAZ” markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.  /APA

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …