Baş Prokurorluq Abşeron və Şirvanda tutulan vəzifəli şəxslərə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb.
Məmurlara qarşı keçirilən əməliyyatın videosunda Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin həbsi öz əksini tapıb.
Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.