Cümə , Sentyabr 18 2020
Ana səhifə / Kriminal / İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİR – Saxlanılanlar var

İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİR – Saxlanılanlar var

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.“Report” xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

Həmçinin oxuyun

Prokurorluqdan ər və arvadın ölümü barədə AÇIQLAMA

Sentyabrın 18-də saat 06 radələrində odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət …