Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Kriminal / İcra Hakimiyyətində əməliyyat: İşçilər dindirilir

İcra Hakimiyyətində əməliyyat: İşçilər dindirilir

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakı şəhər Pirallahı rayonunda əməliyyat keçirilib.

Konkret.az-a daxil olan məlumata görə, sözügedən rayonda COVID-19 pasportlarının pulla satılmasına dair şübhələr müəyyən edilib.

Məlumatda daha sonra deyilir ki, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov işdən azad edilib. Onun müavini Kəmalə Mustafayeva isə dindirilib. Daxil olan məlumata görə, hazırda Pirallahı Rayon İcra Hakimiyyəti işçilərinin də dindirilməsi prosesi həyata keçirilir. İlkin ehtimallara görə, vətəndaşlara saxta COVID-19 pasportlarının satılmasına rayon icra hakimiyyəti “nəzarət” edib.

Həmçinin oxuyun

Müğənninin qətli videosu kimi yayılan görüntü ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə …