Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi

İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi

İcra hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edilib.

Xəzər TV-nin məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb.

Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm

Məlikov ifadəsində bildirib ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron Rayon İcra Hakimiyyətindən sərəncam alıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb ediblər. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron Rayon İcra Hakimiyyəti başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırladığını etiraf edib.

Araşdırma zamanı o da məlum olub ki, Şahbaz Cavadovun Əkrəm Məlikova əvvəllər 5 min manat borcu olub. O bu borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkrəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 minini borca qaytarıb. Şahbaz Cavadov bu qanunsuz əməlinə görə indi çox peşman olduğunu deyir.

Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron Rayon Polis Şöbəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …