Ana səhifə / Kriminal / İcra başçısı iş adamının pulunu vermir- Məhkəmə qərarları+Fotolar

İcra başçısı iş adamının pulunu vermir- Məhkəmə qərarları+Fotolar

Qazax rayonunun sahibkarı icra başçısı Ayaz Əsgərovun ona 50 min manat “atdığını” iddia edir. Sahibkar Qalib Binnətov “Qafqazinfo”ya müraciətində bildirib ki, icra başçısı ondan həmin miqdarda aqlay daşları alıb:

“2012-ci ilin yanvar ayında icra başçısının müavini Tahir Musayev mənim fəaliyyət göstərdiyim müəssisəyə gələrək rayona prezident İlham Əliyevin səfər edəcəyinin gözlənildiyini və icra başçısı başçı Ayaz Əsgərovun aqlay daşları məndən alınması haqda göstəriş verdiyini dedi. Bundan sonra Tahir müəllim məni iş icraçısı Oruc adlı şəxslə tanış etdi və materialları ona verməli olduğumu dedi. Bir neçə ay keçsə də mən hələ də daşlara görə pul almamışdım. İcra hakimiyyətinə müraciət etdim, dedilər “büdcədə pul yoxdur, gözlə”. Mən də pul qazana bilmədiyim üçün yeni daşlar ala bilmədim və daşların verilməsini dayandırdım. Bir neçə gün sonra başçının birinci müavini Fərman Nağdəliyev, başçı Ayaz Əsgərov, rayonun baş memarı Mehdi müəllim maşında mənimlə görüşdülər və daşların verilməsini niyə dayandırdığımı soruşdular, mən də daş almaq üçün pulumun olmadığını dedim. Vəd verdilər ki, sən öz əlaqələrindən istifadə et, daş al bizə ver, sonda bütün pulun ödəniləcək. Mən də Bakıdan tanış mağazalardan nisyə daş alıb Oruca verdim. 2012-ci ilin aprelində iş tamamlandı. Mənim onlara verdiyim daşların ümumi məbləği 54 min 676 manat oldu. Amma mən bu vaxta kimi icra hakimiyyətindən cəmi 4 min 200 manat pul ala bilmişəm. Mənə icradan deyirlər ki, get Oruc İsmayılovu məhkəməyə ver, pulunu ondan al. Mən Orucu tanımamışam, mənlə onu başçının müavinləri tanış edib. Oruc İsmayılov polisə ifadəsində məndən 40 min manat dəyərində material götürdüyünü etiraf edib və bildirib ki, bunu icra hakimiyyətinin məsul şəxslərinin tapşırığı ilə edib”.

Q.Binnətovun iddiası üzrə Qazax rayon məhkəməsində icra başçısının müavini Tahir Musayev və Oruc İsmayılov barəsində işə baxılıb: “Qərar verilib ki, mənə olan borc 40 min manat Oruc İsmayılovdan alınıb ödənilsin. Apellyasiya Məhkəməsi isə qərarın “Oruc İsmayılov tərəfindən ödənilsin” hissəsini ləğv edib. Beləliklə, ortada 40 min manat borc olduğu haqda qərar var, amma kimin ödəməli olduğu bilinmir. Mən indi də Ali Məhkəməyə müraciət edəcəyəm”. Qalib Binnətov bildirib ki, 50 min manatlıq material satdığı halda 40 min manat ödənilməsi qərarı ilə razılaşmasının da öz səbəbi var. Onun sözlərinə görə, bir müddət öncə icra hakimiyyətindən ona növbəti vəd verilib. Deyilib ki, ona əlavə olaraq 25 min manat qazana biləcəyi daha bir iş həvalə olunacaq. Amma hələ də ona nə pulu ödənilib, nə də yeni iş verilib.

Qeyd edək ki, Ayaz Əsgərov 2011-ci ildən Qazaxın icra başçısıdır.

 

Həmçinin oxuyun

60 yaşlı kişini yuxuda öldürdülər – Bütün ailə evdə olub

Bakıda 60 yaşlı kişinin yatarkən öldürülməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan …

Bir cavab yazın