Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / İcbari tibbi sığortadan yeni xəbər var

İcbari tibbi sığortadan yeni xəbər var

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkəmizdə səhiyyə sahəsində ən böyük islahatlardan sayılan icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair fəaliyyət planının ilkin mərhələsini hazırlayıb.

Agentlik icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot rayonların seçilməsinə dair təkliflərini artıq Nazirlər Kabinetinə göndərib. Hazırda müvafiq dövlət qurumları ilə razılaşma işləri aparılır. Razılıq əldə olunduqdan sonra dövlət səviyyəsində pilot rayonların seçilməsi nəzərdə tutulur.
Pilot layihənin həyata keçirilməsində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın