Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İcbari sığortanın olmamasına görə – CƏRİMƏLƏR ARTIRILIR

İcbari sığortanın olmamasına görə – CƏRİMƏLƏR ARTIRILIR

Azərbaycanda icbari sığortanın olmamasına görə cərimələr gələn ildən artırılacaq.

Trend-ə istinadən yayılan məlumatına görə, bu İnzibai Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Dəyişikliklərə görə, 2016-cı ilin mayın 1-dən etibarən icbari sığorta müqaviləsinin bağlanmamasına görə, cərimələr kəskin artırılacaq. İndi bu barədə qanun layihəsinə Milli Məclisdə baxılır.
Parlamentdən bildirilib ki, hazırda icbari sığorta müqaviləsinin bağlanmamasına görə, cərimələr fiziki şəxslər üçün 10 manat, vəzifəli şəxslər üçün 60-80 manat, hüquqi şəxslər üçün isə 150-200 manat təşkil edir. Bu dəfəki dəyişikliklərə görə isə, icbari sığorta müqaviləsi bağlamamağa görə, cərimələr fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat olacaq.
Amma bu cərimələr işçilərin icbari sığortalanmasına və avtomobillərinə icbari sığortalanmasına aid deyil. Belə ki, işçilərin icbari sığortalanmamasına görə cərimələr fiziki şəxslər üçün 500 manat. Vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5 min manat nəzərdə tutulub. Avtomobillərin icbari sığortalanmamasına görə cərimələrə gəldikdə isə hazırda bu məbləğ fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 300 manat təşkil edəcək.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın