Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / İçərişəhərdə partlayış – 5 nəfər yaralandı+ Yenilənir

İçərişəhərdə partlayış – 5 nəfər yaralandı+ Yenilənir

Bakıda qaz sızmasından partlayış baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

***

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir.

3 nəfər Respublika Yanıq Mərkəzinə aparılıb.

Ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …