Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Kriminal / İbrahim Tatlısəsi vuran şəxslərlə bağlı son qərar – 30 il həbs cəzası

İbrahim Tatlısəsi vuran şəxslərlə bağlı son qərar – 30 il həbs cəzası

Bu gün Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin, eyni zamanda onun köməkçisi və sürücüsünün 14 Mart 2011-ci ildə silahlı hücuma məruz qalması ilə bağlı son məhkəmə prosesi keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, məhkəmə təqsirləndirilənlərdən Abdullah Uçmaka, Ersin Altun və Yunus Ayıka qəsdən adam öldürməyə görə 30 il həbs cəzası verib. Təqsirləndirilən şəxsləri “silahla təmin etdiyi üçün” Emin Birdal 7 il 3 ay 15 gün həbs cəzasına məhkum olunub.

Xatırladaq ki, sənətçi İbrahim Tatlısəs 14 mart 2011-ci ildə”İbo Şou” proqramının çəkilişlərindən çıxdıqdan sonra köməkçisi Buket Çakıcı ilə birgə beş nəfərin silahlı hücumuna mərzu almışdı. Hadisə zamanı sənətçi başından ağır yaralanmışdı. Həmçinin köməkçisi Çakıcı da güllə yarası almış, sürücüsü Hakan Çalışkan isə hadisədən xəsarət almadan xilas olmağı bacarmışdı. Musavat.com

Həmçinin oxuyun

Bakıda dayə evdən oğurluq etdi- Cinayəti törədənin 12 yaşlı öz qızı olduğunu dedi

Bakıda dayə işlədiyi evdən oğurluq etməkdə ittiham olunur. İşin ilginc tərəfi budur ki, qadın oğurluğu …