Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Kriminal / “Hyundai”la AAYDA-nın əməkdaşını vurub öldürdü – Fotolar

“Hyundai”la AAYDA-nın əməkdaşını vurub öldürdü – Fotolar

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub. 

Daha sonra “Hyundai” yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nın əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda tanınmış idmançının maşını polis idarəsində qarət olundu

Azərbaycanın tanınmış idmançı Gözəl Zutova qarət edilib. Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib. …