Bazar , Noyabr 17 2019
Ana səhifə / Kriminal / Hüseynin kortejindəki 8 nəfər cəzalandırıldı – Üçü isə…

Hüseynin kortejindəki 8 nəfər cəzalandırıldı – Üçü isə…

Samara şəhərinin hüquq-mühafizə orqanları məşhur azərbaycanlı blogger Hüseyn Həsənovun kortejində olan 8 nəfəri məsuliyyətə cəlb edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Samara üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, digər 3 sürücünün hərəkətlərində heç bir pozuntu olmadığından onlarla əlaqədar yoxlama dayandırılıb. Digər bir sürücüyə – yol polisi alayına çağırışa gəlməyən Mercedes-Benz G63 sahibi ilə bağlı inzibati materialın sürücünün qeyd yerində Sankt-Peterburqun ərazi polis idarəsinə göndərilməsi planlaşdırılır.

25 yaşlı Hüseynin cəzalandırıldığı, yoxsa məsuliyyətdən yaxa qurtardığı barədə məlumat yoxdur.

Qeyd edək ki, yol polisi əməkdaşları sosial şəbəkələrdə yayılmış qeydləri araşdıraraq, 6 oktyabr saat 3:45-dən 3:50-dək 12 avtomobildən ibarət kortejin Voljskiy prospektində yol hərəkəti qaydalarını pozduğu qənaətinə gəliblər. 11 avtomobil 1994-cü il təvəllüdlü Hüseyn Həsənova məxsus “Gelandewagen” markalı maşını izləyib. Sürücülər yüksək səslə siqnal veriblər, qarşı zolağa çıxıblar, səkilərə giriblər. 

Qeyd edək ki, H. Həsənov Azərbaycan və Rusiyada geniş tamaşaçı kütləsinə malikdir. Onun instaqram izləyicilərinin sayı artıq 12 milyona çatır. 

Həmçinin oxuyun

Türkiyə 29 İŞİD üzvünü Azərcaycana deportasiya edəcək (FOTOLAR)

Hazırda Türkiyədə 948 İŞİD terrorçusu deportasiya edilməyi gözləyir. Qaynarinfo xəbər verir ki, həmin şəxslərdən 296-sı İraq, …