Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Hücum zamanı ölən Rüfət Vətən müharibəsi iştirakçısı olub – FOTO

Hücum zamanı ölən Rüfət Vətən müharibəsi iştirakçısı olub – FOTO

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlunun 2021-ci ildə “İdman TV”yə verdiyi müsahibə yayılıb.
Belə ki, ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub.
Məlum olub ki, H.Rüfət kikboks üzrə respublika mükafatçısı olub.
Xatırladaq ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hücum zamanı ölən Rüfət Vətən müharibəsi iştirakçısı olub -  FOTO

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …