Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? – Məktəbdən açıqlama

Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? – Məktəbdən açıqlama

Dünən Hövsanda 5-ci sinif şagirdinin qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar valideynlər arasında təşvişə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatda qız uşağının 281 nömrəli tam orta məktəbin giriş qapısında dəmiryığanlar tərəfindən qaçırıldığı iddia olunub.

Hadisə ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdən bildirilib ki, yayılmış informasiya tamamilə yanlışdır:

“Dünən nəinki bizim məktəbin qarşısında, ümumiyyətlə, Hövsanda belə bir hadisə baş verməyib. Yayılmış informasiya ilə bağlı aidiyyatı qurumlara məlumat vermişik”.

 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …