Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Kriminal / Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? – Məktəbdən açıqlama

Hövsanda 5-ci sinif şagirdi qaçırılıb? – Məktəbdən açıqlama

Dünən Hövsanda 5-ci sinif şagirdinin qaçırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar valideynlər arasında təşvişə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatda qız uşağının 281 nömrəli tam orta məktəbin giriş qapısında dəmiryığanlar tərəfindən qaçırıldığı iddia olunub.

Hadisə ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbdən bildirilib ki, yayılmış informasiya tamamilə yanlışdır:

“Dünən nəinki bizim məktəbin qarşısında, ümumiyyətlə, Hövsanda belə bir hadisə baş verməyib. Yayılmış informasiya ilə bağlı aidiyyatı qurumlara məlumat vermişik”.

 

Həmçinin oxuyun

Bakıda keçmiş iş adamı güllələndi – (TƏFƏRRÜAT – YENİLƏNİB)

Bakıda keçmiş biznesmen güllələnib. Unikal.org  xəbər verir ki, bu barədə oxu.az-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından …