Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Hotel və restoranlar böhrana hazırlaşır – SOS

Hotel və restoranlar böhrana hazırlaşır – SOS

Xəbər verildiyi kimi, neftin ucuzlaşması, manatın dəyərdən düşməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi Azərbaycanın hotelçilik və turizm bazarına da mənfi təsir edib.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası prezident İlham Əliyevin içtimai nəzarətin gücləndirilməsi çağırışına dəstək olaraq, qonaqpərvərlik və turizm sənayesindəki problemlərin müzakirəsinə həsr edilmiş Dəyirmi Masa formatında olan tədbir kemirilməsini elan edib. Tədbir 3 Fevral, 2016-ci il tarixində, saat 11.00-da “İntourist” Hotelində keçiriləcək.
Tədbirdə qonaqpərvərlik və turizm sənayesində mövcud olan problemlər, böhran vəziyyətində “anti-krizis” texnologiyalarınn tətbiqi müzakirə ediləcək. Eləcə də burada qiymət siyasəti, yeni və rəqabətə dözümlü turizm məhsullarının istifadəsi diqqət mərkəzində olacaq. Dəyirmi masada bu sahədən vergi tutulmasının sadələşdirilməsi, dövlət orqanları ilə əlaqələr və onların səlahiyyətində olan məsələlərin müzakirəsi də nəzərdə tutulur.
Tədbirdə hava, su və dəmir yolu nəqliyyatlarının fəaliyyəti, turizm və qonaqpərvərlik infrastrukturu sualları, sənayedə çalışan personalın qiymətləndirilməsi və təlimi, turizm və qonaqpərvərlik sənayesində içtimai və biznes məqsədləri olan təşkilatlarla və bütün bazar nümayəndələri ilə birgə qüvvələrin konsolidasiyası imkanları və sair suallar da diqqət mərkəzində olacaq.
Tədbir bütün sənaye işçiləri üçün açıqdır. Qonaqpərvərlik və turizm sənayesi ətrafında fəaliyyət göstərən və yuxarıda qeyd edilmiş suallara aidiyyatı olan bütün dövlət, özəl və ictimai qurumların və media nümayəndələri və digər maraqlı şəxslər tədbirdə iştirak edə bilərlər

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …

Bir cavab yazın