Ana səhifə / Kriminal / Hökumət doğum və ölüm müavinətləri üçün xərcləri artırdı

Hökumət doğum və ölüm müavinətləri üçün xərcləri artırdı

Fevralın 23-də Milli Məclisdə “Azərbaycan Respublikası 2016-ci il dövlət büdcəsi” və “Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi” haqqında təsdiq edilmiş qanunlara dəyişikliklər layihəsi müzakirə olunacaq.
“Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi”nə edilən dəyişikliklərdən biri dəfn üçün müavinətlərlə bağlıdır. Belə ki, dfən müaviətlərinin ödənilməsi üçün Fondun 2016-ci il təsdiq olunmuş büdcəsində 15,59 milyon manat nəzərdə tutulub. Lakin qanun layihəsinə ediləcək dəyişikliyə əsasən, bu xərclər 17,2 milyon manata çatdırılıb ki, bu da təsdiq edilmiş göstəricidən 1,6 milyon manat və ya 10,3 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə təsdiq olunmuş büdcəsinə nəzərdə tutulan digər dəyişiklik hamiləliyə və doğuşa görə müavinətlərdir. Həmin vəsait 27, 1 milyon manatdan 27,5 milyon manata çatdırılıb.
Eyni zamanda uşağın anadan olmasına görə müavinətlər Qanun layihəsində 7,7 milyon manat və ya təsdiq olunmuş məbləğdən 709,7 min manat çox vəsait nəzərdə tutulub.
Qanun layihəsində 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinətlərin orta hesabla 44,4 faiz artımı qeyd olunub ki, bu da təsdiq edilmiş büdcə ilə müqayisədə 34,3 faiz çox olmaqla 13,1 milyon manat deməkdir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın