Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Hindistanlıları Azərbaycana gətirənlərin işi – tələbə, “Munna” və 100-dək zərərçəkmiş…

Hindistanlıları Azərbaycana gətirənlərin işi – tələbə, “Munna” və 100-dək zərərçəkmiş…

Hindistan vətəndaşlarınl işlə təmin etmək adı altında aldadılaraq Azərbay­cana gə­tirən əcnəbilər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Frazın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclası baş tutub. Təqdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sretyabrın 4-nə təyin edilib.

Məlum olub ki, onların hər biri Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 318-ci (qanunsuz miqrasiya təşkili) maddələri ilə ittiham edilirlər.

İş üzrə 100-ə yaxın zərərçəkmişin olduğu bildirilir. Onların əksəriyyəti Hindistandadır. Bəziləri isə saxlanılıb.

Qryd edək ki, Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­miş tədbirlər za­ma­nı 89 nəfər Hindistan vətəndaşı sax­­­lanıl­ıb.

Bakı şəhəri Sabunçu və Binəqədi ra­yon­la­rında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hin­dis­tan Res­pub­­­li­ka­sı­nın vətəndaşları saxlanılıb.

Araşdırma zamanı həmin əc­nəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkə­də viza müd­də­ti­nin bit­diyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edil­miş məqsədlərini poz­­duq­ları və 1 nəfərin qey­diy­yat ünvanı üzrə yaşamadığı aşkar edil­ib.

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azər­bay­cana gə­tiril­mə­sini Hindistan vətəndaşı, 1965-ci il tə­vəl­lüd­lü, Mohammad Sakirin öz həm­­­və­tən­ləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mu­kimkhan və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil et­di­yi mə­­lum olub.

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 2018-ci ilin yanvar ayında işgüzar səfər məqsədi ilə gəldiyi və Bakı şə­hə­ri, Nə­­­si­mi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar 1994-cü il tə­­vəl­lüd­lü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 2017-ci ilin noyabrında da­xil olduğu, Azər­bay­­can Tex­niki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq müvəqqəti yaşama icazəsi vəsi­qə­­si aldığı, 1985-ci il tə­vəl­lüd­lü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsa­sın­da 2018-ci il ta­rixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mo­hamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Mun­na” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə əra­zi­sini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda sax­la­nıl­ıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yer­ləş­di­rilib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …