Şənbə , Noyabr 17 2018
Ana səhifə / Kriminal / Hindistanda 42 müsəlmanı qətlə yetirən 16 keçmiş polis əməkdaşı edam olunacaq – Təfərrüat

Hindistanda 42 müsəlmanı qətlə yetirən 16 keçmiş polis əməkdaşı edam olunacaq – Təfərrüat

Hindistanda 1987-ci ildə 42 müsəlmanı qəsdən öldürməkdə təqsirləndirilən 16 keçmiş polis əməkdaşı barəsində edam hökmü çıxarılıb.
“Anadolu” agentliyi xəbər verir ki, hadisəyə görə məhkəmə prosesi 31 il davam edib.
Cinayətkarların mühakiməsi paytaxt Yeni Dehilidə Ali Məhkəmədə keçirilib. “Haşimpura qətliamı” adı ilə tanınan və müsəlmanlarla hinduslar arasında baş vermiş toqquşma nəticəsində 42 müsəlmanın öldürülməsi ilə bağlı cinayət işi üzrə 16 keçmiş polis əməkdaşı ittiham olunub. Onlar silhasız və müdafiəsiz dinc sakinləri qəsdən qətlə yetirməkdə təqsirli bilinərək, edam cəzasına məhkum ediliblər.
İlk dövrlərdə cinayətdə mühakimə edilən polis əməkdaşlarının sayı 19 olub. Ancaq məhkəmə proseslərinin davam etdiyi 31 il ərzində onlardan 3-ü ölüb.
Qeyd edək ki, 1987-ci il mayın 2-də Hindistanın şimalında Haşimpura əyalətinin Meerut şəhərində hinduslarla müsəlmanlar arasında toqquşma baş verib. Polis qəsdən müsəlmanlara odlu silahdan atəş açaraq, onlardan 42 nəfəri qətlə yetirib/Report.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü – ŞOK TƏFƏRRÜAT

Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni …