Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Hindistan vətəndaşları Bakıda “AA” seriyalı avtomobillə toqquşdu

Hindistan vətəndaşları Bakıda “AA” seriyalı avtomobillə toqquşdu

Bakıda Hindistan vətəndaşları qəzaya düşüblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü Venugopal Krishnakumarın idarə etdiyi “Nissan Sunny” markalı 10 PT 480 nömrəli avtomobilllə Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Qorqud Hikmət oğlu Məmmədlinin idarə etdiyi “Toyota” markalı 99 AA 446 nömrəli maşın toqquşub.

Nəticədə, V. Krishnakumar və sərnişini, 1983-cü il təvəllüdlü Mangalath Prethy Ullas xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Tibbi yardım aldıqdan sonra buraxılıblar.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …