Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / “Hilton Baku” hotelində yanğın olub

“Hilton Baku” hotelində yanğın olub

“Hilton Baku” hotelində yanğın olub.

“Report”un məlumatına görə, hadisə hotelin mətbəxində qeydə alınıb. Yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, hotelin mətbəxində tüstülənmə baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Dərhal hadisə yerində yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə çatanadək hotelin işçiləri tərəfindən tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …