Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Kriminal / Hikmət Həsənovun köməkçisi “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır

Hikmət Həsənovun köməkçisi “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır

Yaxın vaxtlarda “Tərtər işi”nə daxil olan yeni bir qrupun işi üzrə daha bir məhkəmə prosesi başlayacaq.

Bu qrupda mühakimə olunanlar sırasında general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayev, eləcə də Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov yer alıb. Artıq iş üzrə istintaq başa çatıb. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Bildirilib ki, hazırda Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimləri “Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işinə baxır. Həmin cinayət işlərinə baxılarkən zərərçəkənlərin vəkilləri bir neçə dəfə Hikmət Həsənovun köməkçisi Fuad Ağayevin prosesdə dindirilməsi barəsində vəsatətlə çıxış ediblər. Lakin onların vəsatətləri təmin edilməyib. Musavat.com

Həmçinin oxuyun

“Stolun üstündəki “dubinkanı” göstərib, onunla hədələdilər”

Ötən il Sumqayıtda divarlara “Allahı söyənlər cəzalandırılsın!” şüarı yazandan sonra inzibati qaydada həbs olunan Müsəlman …