Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / “Hellouin” bayramı keçirən ərəb qadınlar həbs edildi – İBRƏTAMİZ

“Hellouin” bayramı keçirən ərəb qadınlar həbs edildi – İBRƏTAMİZ

Belə qorxunc görüntülü əcaib mərasimləri cəhalət saymayanlar uşaqlarımızı öz dinimizdən, namazdan, məsciddən, Aşuradan çəkindirirlər…

Səudiyyə Ərəbistanı paytaxtında qonşuluqdakı bir malikanədən gələn səs-küydən şikayət edən sakinlərin çağırışına gedən polis məmurları heyrətə gəlib.
Moderator.az-ın “The National” nəşrinə istinadla verdiyi xəbərdən bəlli olir ki, şənbə günü gurultulu musiqi və vəhşi bağırtılar gələn evdə meyit sifətinə bənzər maskalar geyinmiş və ağ-qara libaslara bürünmüş qadınlar aşkarlanıb. Onlar “Halloween”(“Helloin”) adlanan qondarma bayram münasibəti ilə şənlik keçirirmiş.  Polis basqını vaxtında baş verib – bayramın qızğın çağında  zombi makiyajlı  qadınlar  həbs olunub.
Xatırladaq ki, ABŞ, Kanada, Britaniya, İrlandiya və bir sıra digər Qərb ölkələrində keçirilən bu əcaib bayram  okkultizm(gizli cadugərlik elmi) və şər ruhlarla bağlıdır. Belə mərasimlər  Allah və İslam qanunlarına ziddir. Ona görə də Səudiyyə hüquq-mühafizə orqanları hər il krallıq sakinlərinin belə anti-bəşəri təsirlərdən uzaq  olmasına və “Haellouin” bayramını keçirməmələrinə çalışırlar.
P.S.  Belə qorxunc  görüntülü, şər ruh aşılayan əcaib mərasimləri cəhalət, nadanlıq hesab etməyənlər uşaqlarımızı öz dinimizdən namazdan, məsciddən, Aşuradan qorumağa çalışırlar…

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …