Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Hazırda həbsdə olan azərbaycanlı məşhurlar (SİYAHI / FOTOLAR)

Hazırda həbsdə olan azərbaycanlı məşhurlar (SİYAHI / FOTOLAR)

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edildi.
Ölkə.az hazırda həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlarla bağlı kiçik araşadırma aparıb.
Prodüser Təranə Səmədovanın həbsi ötən ilin səs-küylü hadisələri sırasında idi. Bir il müddətinə azadlıqdan məhrum edilən məşhurun azadlığa çıxmasına təxminən 10 ay qalır.
“İntuş” ləqəbli məşhur stilist İntizam Yusifov da oxşar ittihamla Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Stilistin  Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyi bildirilir. İ.Yusifov  barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək İstintaq Təcridxanasına göndərilib.
 Haqqında bəhs edəcəyimiz daha bir azərbaycanlı məşhur, Türkmənistanda yaşayan müğənni Nazir Həbibov isə iki ildir ki, dəmir barmaqlıqlar arasındadır. Sənətçi narkotik ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.  Qeyd edək ki, həmyerlimiz Türkmənistanda ən bahalı toy müğənnilərindən sayılırdı.
Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu Faiq Cabbarov da həbs olunan məşhurlar sırasındadır. Bildirilir ki, o, çoxsaylı şikayət ərizələri əsasında saxlanılıb. Veteran futbolçu bir neçə şəxsdən külli miqdarda borc alıb qaytarmamaqda ittiham olunur.
Hazırda həbsdə olan başqa bir məşhur isə sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan Ramin İsmayılovdur.
Dələduzluqda şübhəli bilinərək tutulan Ramin İsmayılov sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçıdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki,  Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev isə digər məşhur azərbaycanlılarla müqayisədə həyatının daha çox hissəsini-  15 ili həbsxana divarları arasında keçirməlidir. Qeyd edək ki, Hacıyev 2015-ci ilin dekabr ayında həbs edilib.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …