Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / “Hansı ana 3 körpəsini qoyub intihar edər?” — Tovuzda intihar edən 28 yaşlı gəlinin həyat yoldaşı

“Hansı ana 3 körpəsini qoyub intihar edər?” — Tovuzda intihar edən 28 yaşlı gəlinin həyat yoldaşı

Tovuz rayonunun Qovlaq qəsəbəsində 3 uşaq anasının dərman içərək intihar etməsi ilə bağlı məlumat yayılıb.
Dünyasını dəyişən 1990-cı il təvəllüdlü Ülviyyə Arif qızı Həsənovanın həyat yoldaşı Nemət Həsənovun “Ölkə.Az”a verdiyi məlumata görə yoldaşı intihar etməyib:
“Evdə olan dərmandan istifadə etdikdən sonra dünyasını dəyişib. Sonra araşdırdıq, məlum oldu ki, dərmanın vaxtı keçib. Hansı ana 3 körpəsini qoyub intihar edər. Bizim aramızda ailə münasibətlərimiz həmişə normal olub, hələ də şokdayam”.

Baş vermiş hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb. Prokurorun köməkçisi Rəşad Məmmədovun verdiyi məlumata görə, Ü. Həsənovanın intihar edib-etməməsi dəqiq məlum deyil, təyin olunan məhkəmə tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …