Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Halal” MTK-da FACİƏ: Usta binadan yıxılıb öldü

“Halal” MTK-da FACİƏ: Usta binadan yıxılıb öldü

Abşeronda tikintidə ölüm hadisəsi baş verib.

Azinforum.az  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Saray qəsəbəsi, Əmirov küçəsində “Halal” MTK şirkətinin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında usta işləyən, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu suvaq işləri apararkən binanın 9-cu mərtəbəsindən yıxılıb.

O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …