Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / “Halal malı 5 manata satmazlar” – Oğru sürücü və qəssabı ələ verdi – VİDEO

“Halal malı 5 manata satmazlar” – Oğru sürücü və qəssabı ələ verdi – VİDEO

Goranboyda mal-qara oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

Onlar ayrı-ayrı kəndlərdə müxtəlif şəxslərə məxsus heyvanları oğurlamaqda təqsirli bilinir.

Elçin Əliyev – Saxlanılan şəxs: “Gündüzdən kəndlərə gedib gəzirdim. Axtarıb dananı tapırdım. Yerini müəyyən etdikdən sonra gəlib “Qazel” sürücüsünü götürüb gedirdim”.

Mingəçevir sakini Elçin Əliyev və həmyerlisi Zaur Hüseynov mal-qaranı Goranboyun bir neçə kəndindən oğurluyub. Həmin heyvanları dəyər-dəyməzinə sataraq pulunu dədə malı kimi öz aralarında bölüblər. Elçin Əliyev heyvanın oğurluq olduğunu nə müştəridən, nə də “Qazel” sürücüsündən gizlətmədyini deyir.

Elçin Əliyev – Saxlanılan şəxs: “Bilirdi, özü də öz əli ilə maşından düşürdü. Pulumu da sanadı verdi. Bilməsəydi 5 manat 50 qəpikdən alardımı. O fikirləşmir ki, 5 manat 50 qəpiyə satılan mal oğurluqdu. Halal malı 5 manata satmazlar”.

Halalı haramdan ayırmağı bacaran, ancaq tamahına güc gələ bilməyən oğruların əməlinə Alpout kənd sakini Əlvan İsgəndərov son qoyub. Həmin şəxslərin otlaq sahəsindən heyvanları oğurladığını görən şəxs polisi məlumatlandırıb.

Saxlanılan şəxslərdən Elçin Əliyev əvvəllər də oğurluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayıb. Günahı tam sübuta yetirilərsə onu eləcə də əlbir olduqlarını bir neçə il dəmir barmaqlıqlar arxası gözləyir.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …